fbpx
Connect with us

Xəbərlər

Azərbaycana giriş üçün PCR test tələbi ləğv olunub

Bir neçə gündür sosial şəbəkələrdə və TV-də ölkəyə giriş edərkən PCR test tələbinin ləğv olunması ilə bağlı etirazlar edilirdi.

Nəhayət etirazlar öz nəticəsini verdi və bu gün Azərbaycana giriş üçün COVID-19-a dair PCR testi təqdim etmək tələbi ləğv olunub.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən:

Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir;

Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur;

Aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmayacaq.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar