Xəbərlər
Azərbaycanlı alpinist dünyaca məşhur alpinistlə Elbrusda görüşüb
Qərib Tağızadə bu ilin qışında dünyanın 2-ci ən hündür zirvəsi olan K2 (8611metr) dağının zirvəsinə tarixdə ilk dəfə qışda qalxmağa nail olan məşhur alpinist Nirmal Purja ilə Elbrusda eyni yolu bölüşüb.
“Səmimi, söhbətcil, Azərbaycanlı alpinistlərə xüsusi rəğbət və hörmət bəsləyən Nirmal Purja. Adam 14×8000+ metr dağların tamı tamına 7 aydan daha qısa bir müddətdə zirvəsinə qalxmağı bacarıb. Ən əsas 2-ci naliyyəti isə, dünyanın 2-ci ən hündür zirvəsi olan K2 (8611metr) dağının zirvəsinə tarixdə ilk dəfə qışda qalxmağa nail olmasıdır (öz komandası ilə). Elbrus ekspedisiyasında, aklimatizasıya yürüşündən (4200metrədən) Base campa (3845 metre) qayıtdıq. Hər gün olduğu kimi hava dumanlı, yağmurlu idi. Ramil Lətifoğlu 7 Вершин klubunun containerinin qabağında Nimsdai-yə oxşayan bir nəfərin olduğunu dedi. Mən isə gülüb, yaxşı Ramil çox şey eləmə.. Yanımda Nübar Məmmədovaya Ramili ilk günün aklimatizasiyası tutub deyəsən dedim.
Bir neçə addımdan sonra, Nubar – bu həqiqətən Nimsdaidir, onun papağıdır başındakı. Səsləndim Nimsdaiye.. Adam səmimiyyətindən, 20 ilin dostu kimi özü bizə sarı gəlməyə başladı, görüşdü qucaqlaşdı, hardan gəldiyimizi, neçə gündür burda olduğumuzu, aklimatizasiya yürüyüşümüzün necə keçdiyini və hava haqqında şikayətini bizimlə bölüşdü. Campda kim onu görürdüsə yaxınlaşırdı, şəkil çəkdirirdi. Zirvəyə cəhd gününün bizimlə eyni günə düşəcəyini deməsi isə bizə başqa bir surpriz oldu. Necə deyərlər, dağçılıq camiəsinin canlı əfsanəsi ilə bir yolu getməyin nə olduğunu məncə dağçı dostlarımız daha yaxşı anlayar.
Ümid edirəm sizə də bu möhtəşəm insanla rastlaşıb söhbət edib, bizim kimi onun təcrübəsindən faydalanmaq qismət olar” deyə Qərib Tağızadə sosial şəbəkə hesablarında paylaşıb.
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…