Babək Orabanlı
Doğum tarixi: 19 may, 1986
Təhsili: Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
Sosial şəbəkə hesabları:
Instagram: @babekorabanli
Facebook: Babek Orabanlı
Çox adamın Orabanlı ləqəbi ilə tanıdığı Babək İsgəndərov 19 may 1986-cı ildə Şəki rayonunun Oraban kəndində doğulub. 2006-2011-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman Turizmi ixtisasını bitirib. 2011-ci ildə Akademiyadan Azərbaycan Hava və Eksremal İdman Növləri Federasiyasına (FAİREX) təcrübə keçmək üçün göndərilib. Federasiyanın nəzdində fəaliyyət göstərən “Dağ Hazırlıq Məktəbi”ndə təcrübə dərslərinə başlayıb. Bununlada Dağçılıq İdmanına ilk admını atır. Ondan öncə də dağlarda olub. Həyatı dağlarda keçib.
Fəaliyyəti
Dağçılıq Məktəbində fəaliyyətə başladıqdan sonra Tufandağ və Ağrı dağı qış ekspedisiyalarında iştirak edib. 2011-ci ildə Federasiyanın təşkil etdiyi 15 günlük ukraynalı təlimçilərinin dərslərinə qatılıb. Şahyaylaq və ətrafı 4000 metrlik dağlarda keçirilən kursları uğurla bitirib. Qayayadırmanma yarışlarında iştirak edib və ikinciliyi qazanıb. Məktəbdə oxuduğu müddətdə ölkəmizin bir çox dağ zirvələrinə dırmanıb. Məktəbi bitirdikdən sonra FAİREX-də dağ təlimatçısı kimi fəaliyyətə başlayıb və qayayadırmanma idmançılıq fəaliyyətini azaldıb, işini daha çox vacib olan təşkilatçılıq və federasiyada idmançıların yetişdirilməsinə həsr edib.
2012-ci ildə Pamir dağlarında yerləşən 7134 m yüksəkliyi olan İbn Sina (Lenin) zirvəsinə dırmanıb. Buzadırmanma, qayayadırmanma, idman dırmanması və drytooling yarışlarında təşkilatçı-hakimlik edib. 2012-2018-ci illlərdə federasiyanın keçirdiyi bütün yarışların təşkilatçısı olub. 2014-cü ildə Bakıda keçirilən İdman Dırmanması üzrə Dünya Kubokunda təşkilatçı və hakimlik edib. 2014-cü ildə Federasiyanın “Dağçılıq Məktəbi”nin direktoru olub. 4 illik fəaliyyəti müddətində 3500-dən çox dinləyiciyə dağçılıq idmanı haqqında seminar və təlimlər keçib. Dağçılıq Məktəbi və onun tələbələri sayəsində bu gün ölkəmizdə dağçılıq, düşərgə və təbiət idmanlarında istifadə olunan ləvazimat adlarının milliləşdirməsinə qisməndə olsa nail ola biliblər.
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları