Xəbərlər
Bakıda əfsanəvi dağçının müəllif günü tədbiri keçiriləcək
Bu fürsəti qaçırmaq olmaz! 21 oktyabr 2022-ci ildə Bakıda müasir alpinistlər arasında seçilən məşhur Denis Urubkonun müəllif axşamı keçiriləcək.
Bir çox dünya rekordlarına imza atan Denis Urubko “Dünyanın Dağ Tacları”na – hündürlüyü 8 min metri aşan zirvələrə süni oksigenin və hündürlük fəhlələrinin köməyi olmadan 26 dəfə yürüş edib. Denis yeni, texniki baxımdan mürəkkəb marşrutların müəllifi, qış ekspedisiyalarının təşkilatçısı, yeni nəsil alpinistlərin müəllimi və motivatorudur.
İnsan imkanlarının fövqündə olan yürüşlər, unikal təcrübə, şəxsi xarizma, xilas olunmuş onlarla insan həyatı – bütün bunlar Denis Urubko ilə görüşü dinləyicilərə yeni üfüqlər aça biləcək parlaq və unudulmaz hadisəyə çevirəcək.
Giriş sərbəstdir!
Vacib bir məqam daha: yerlər məhduddur! Görüşdə iştirak etmək istəyənlər əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün link
Qeyd edək ki, görüşün təşkilatçısı Azərbaycan Alpinizm Federasiyasıdır.
-
Jurnal3 il əvvəlBazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Jurnal3 il əvvəlZəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəlRəna Kərimova
-
Jurnal3 il əvvəlŞahdağ zirvəsi
-
Səyahətçilər4 il əvvəlOrxan Rzayev
-
Xəbərlər5 il əvvəlDünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəlYeganə Cansail
-
Xəbərlər5 il əvvəlİradə Qədirova Naxçıvan səyahəti haqqında – MÜSAHİBƏ