Xəbərlər
Baku Jazz Festival geri döndü
Turistlərin ən çox getdiyi yerlərdən biri də festivallardır. Bakının ən çox gözlədiyi caz festivalı da geri döndü və bu il sizin üçün hazırladıqlarını qaçırmaq istəməyəcəksiniz.
Azərbaycan, Hollandiya, Azərbaycan, Macarıstan, Türkiyə, Rusiya, İsrail və Lüksemburqdan olan caz musiqiçilərini bir araya gətirən Bakı Caz Festivalı 2021-ci il 10-18 sentyabr tarixlərində Bakıda keçiriləcək.
Festival bir az fərqli formatda keçiriləcək. Koronavirus pandemiyası səbəbiylə ziyarətçilər üçün yerlər məhdud saydadır. Festivala yalnız COVID pasportu olan insanlar qatıla bilər.
Festivalda xarici qonaqlar ilə yanaşı, əməkdar artistlər Rain Sultanov, Şahin Növrəsli, İsfar Sarabski, musiqiçilər Elbay Məmmədzadə, Elvin Bəşirov və bir çox başqaları da daxil olmaqla azərbaycanlı cazmenlər çıxış edəcəklər.
Festival çərçivəsində açıq sahələrdə ustad dərsləri və film nümayişləri də keçiriləcək.
Bakı Caz Festivalı 2021, Bəhram Xəlilov, Ramina Səadətxan, Hüseyn Xaqverdiyev kimi istedadlı sənətkarları birləşdirən bənzərsiz bir sənət layihəsini təqdim etməyə hazırdır.
15 ildən artıqdır ki, Bakı Caz Festivalı ölkənin musiqi həyatının ayrılmaz hissəsinə çevrilib.
Musiqili tədbir, tanınmış saksofonçu Rain Sultanov tərəfindən Azərbaycanın uzun müddətdir caza bağlılığını nümayiş etdirmək üçün təşkil edilir.
İlk Bakı Caz Festivalı 2005-ci ildə keçirildi və o vaxtdan bəri ölkənin aparıcı festivallarından biri kimi tanınmağa başladı.
Bakı Caz Festivalı və bununla bağlı reklamlar Euronews telekanalında yayımlanır. 2006-cı ildə dünyanın ən böyük caz festivalları siyahısına daxil edilib.
2017-ci ildən festival Avropa Caz Şəbəkəsinə qoşulur.
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…