fbpx
Connect with us

Jurnal

Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi

Bazardüzü zirvəsi Baş Qafqaz silsiləsində, Azərbaycan Respublikası ilə Dağıstan sərhədində yerləşir. Türyan və Qusar çayları buradan başlanır.

Dağ öz adını ətəyində yerləşmiş və keçmişdə maldar ellərin yaylağı olmuş Şahnabad çayı dərəsində yerləşən Bazardüzü adlı düzənin adından almışdır. Etnotoponim hesab olunur. Üç zirvədən ibarətdir. Ən yüksək zirvəsi 4466 metrdir. Azərbaycanın ən yüksək zirvəsidir.

Bazardüzünün fəthi, (1847) həmçinin qalma rekordu A. Aleksandrov adlı bir rus topoqrafa aiddir. O, 1850-ci illərdə 18 gün Bazardüzü zirvəsində qalıb.

Cənub silsilə ilə yürüş kombinəedilmiş, 1B çətinlik dərəcəsində maşrutdur. Bu yürüşə Elman Mübariz oğlu Rəhimov rəhbərlik etmişdir. Yürüş 1993-cü il avqust ayının 29-da reallaşdırlıb.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar