Xəbərlər
Beynəlxalq kitab sərgisində səyahət kitabı təqdim olundu
Bir neçə gün öncə Milli Kitab Sərgisində də təqdimatı keçirilən İradə Qədirovanın “Əfşan” kitabının təqdimatı və imzalanma saatı bu dəfə 8-ci Beynəlxalq Kitab Sərgisində keçirildi.
“Əfşan” İradə Qədirovanın may ayında İrana gerçəkləşdirdiyi 18 günlük tək səyahətinin xatirələrinə, qeydlərinə, gördüklərinə, duyduqlarına həsr edilib.
“Bu kitabı ömrünün son illərində “Təbriz” deyib onu görmək istəyib görə bilməyən və bütün mənəvi dünyamın formalaşmasında əvəzsiz rol oynayan Atama həsr edirəm. Ruhun şad olsun”. – İradə Qədirova
“Əfşan” səpən, saçan, səpələyən mənalarını daşıyır. Dünyada iki İran var – biri dünyaya tanıdılan, biri də gerçəkdə olan İran. Özümə səfər və ilk tək səyahətim gerçəkdə olan İrana oldu, kilometrlərlə uzanan möhtəşəm yollara yayıldı. Bu səbəbdən “bir gün qızım olarsa, adını Əfşan qoyacam” arzumu kilometrlərə səpələnərək məni özümə, tariximizə, mədəniyyətimizə səfər etdirən səfərimin xatirələri ilə gerçəkləşdirirəm.
Kitabın müəllifi İradə Qədirovanı təbrik edirik. Ölkəmizdə daha çox səyahət kitablarının yazılmasına ümid edirik.

-
Jurnal3 il əvvəlBazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Jurnal3 il əvvəlZəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəlRəna Kərimova
-
Jurnal3 il əvvəlŞahdağ zirvəsi
-
Səyahətçilər4 il əvvəlOrxan Rzayev
-
Xəbərlər5 il əvvəlDünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəlYeganə Cansail
-
Xəbərlər5 il əvvəlİradə Qədirova Naxçıvan səyahəti haqqında – MÜSAHİBƏ