fbpx
Connect with us

Xəbərlər

Beynəlxalq səyyahların Qarabağa səfəri davam edir

Dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri səfəri davam edir.

Beynəlxalq səyahətçilər ilk olaraq Şuşa şəhərinə yollanıblar. Onlar səfər zamanı Şuşa şəhəri, buranın tarixi məkanları və təbiəti ilə tanış olublar.

Beynəlxalq səyahətçilər 3 gün ərzində avtomobillərlə – sentyabrın 8-də Şuşa-Ağdam, sentyabrın 9-da Füzuli-Xocavənddə olublar. Onlar sentyabrın 10-da Zəngilan (Ağalı kəndi)-Cəbrayıl (Xudafərin körpüsü) marşrutları üzrə hərəkət edəcəklər. Səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır.

Ötən 1 ildə dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyahətçilər şəbəkələrinin – ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers’ Century Club), Nomadmania klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura 3 dəfə səfərləri təşkil edilib.

Xatırladaq ki, bu səfərlərdə indiyədək ümumilikdə 25-ə yaxın ölkədən 100 nəfərdən çox beynəlxalq səyahətçi iştirak edib. Bu sayca 4-cü analoji səfərdir və bu dəfə heyətdə daha çox ölkədən nümayəndələr iştirak edir.

Qeyd edək ki, səfər sabah başa çatacaq və səyyahlarla saat 19:30-da IVY Garden Hoteldə mətbuat konfransı keçiriləcək.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar