Xəbərlər
Boulderinq üzrə “Zəfər kuboku” keçiriləcək
7 – 8 noyabr “Climbaku” zalında “Zəfər Günü”nə həsr olunmuş və artıq ənənəyə çevrilmiş boulderinq üzrə “Zəfər kuboku” adlı açıq birincilik keçiriləcək.
Yarış trasslarını quran – qayayadırmanma üzrə idman ustası, boulderinq trasslarının qurulmasında uzun illər təcrübəsi olan və bir çox idmançılarımız arasında tanınmış Sergey Şemulinkin olacaq. 16+ yaş kateqoriyasında olan hər kəs yarışa qatıla bilər.
Yarış iki mərhələdən ibarətdir:
7 noyabr – açılış, kvalifikasiya.
8 noyabr – final, qaliblərin mükafatlandırılması.
Yarışda iştirak ödənişsizdir, link vasitəsi ilə onlayn qeydiyyatdan keçmək olar. Bütün marağı olanlar medallar, kuboklar və pul mükafatları uğrunda mübarizəyə qatılmağa dəvət edilir.
7 noyabr tarixindəki tədbirin cədvəli:
9:00-10:30 – iştrakçıların qeydiyyatı
10:30 – açılış
11:00 – birinci iştrakçının startı
-
Jurnal3 il əvvəlBazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Jurnal3 il əvvəlZəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəlRəna Kərimova
-
Jurnal3 il əvvəlŞahdağ zirvəsi
-
Səyahətçilər4 il əvvəlOrxan Rzayev
-
Xəbərlər5 il əvvəlDünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəlYeganə Cansail
-
Xəbərlər5 il əvvəlİradə Qədirova Naxçıvan səyahəti haqqında – MÜSAHİBƏ