Xəbərlər
Böyük Çin səddinin bir hissəsi uçub
Çinxay əyalətində baş verən zəlzələ nəticəsində Böyük Çin səddinin təxminən iki metrlik hissəsi uçub.
Çinxay əyalətində baş verən zəlzələ nəticəsində Böyük Çin səddinin təxminən iki metrlik hissəsi uçub.
Bildirilir ki, şənbə günü şimal-qərb Qansu əyalətinin Şandan qraflığında 6,9 bal gücündə zəlzələ baş verib.
Əraziyə baxış keçirdikdən sonra səlahiyyətli şəxslər dağıntı yerində dayaqlar quraşdırıb, təmir-bərpa işlərinə başlayıblar.
Zəlzələ əhalinin az məskunlaşdığı ərazidə baş verib, lakin təkanları bəzi böyük şəhərlərin sakinləri hiss ediblər.
Ölənlər barədə məlumat verilməyib, lakin 9 nəfər xəsarət alıb, onlardan səkkizi artıq xəstəxanadan buraxılıb, biri isə hələ də həkim nəzarətindədir.
Böyük Çin səddinin dağılmış hissəsi Ming İmperiyası (1368-1644) dövrünə aiddir.
Mənbə: Global Times