fbpx
Connect with us

Xəbərlər

“Broad Peak”i fəth edən ilk azərbaycanlı vətənə dönüb

“Broad Peak”i fəth edən ilk azərbaycanlı İsrafil Aşurlı vətənə dönüb. O bu barədə sosial şəbəkə hesablarında paylaşım edərək qeyd edib:

“Artıq bu gün, az sonra mən doğma evimin qapısının zəngini çalacağam. Bu o deməkdir ki, ekspedisiya başa catıb. Bayraq muzeyə qayıdacaq və mən ailəm, dostlarımla ünsiyyətdən zövq ala-ala yeni ekspedisiyaya hazırlaşmağa başlayacağam, Andreylə birgə “Discovering Pakistan” sərgisi üzərinə işləyəcəyəm ki, butün gördüklərimi sizinlə bölüşə biləm…

Hələliksə, bu sehrli ölkəyə “görüşənədək!” deyirəm. Pakistana bu üçüncü səfərimdə mən bu əsrarəngiz ölkədəki birinci və öz hesabımda beşinci “səkkizminlik” (hündürlüyü 8 min metrdən artıq olan) zirvəni fəth edə bildim.

Amma səfərdən əldə etdiyim ən böyük qazanc zirvə yox, insanlar oldu. Təzə dostlar tapdığıma sevindim. Taleyimə minnətdaram ki, əvvəldən tanıdığım və dost olduğum adamlarla bir az da yaxınlaşa bildim. Hamınızı sevirəm, hamınız mənim üçün çox dəyərlisiniz. Sizin hər biriniz mənə (bəlkə, özünüz də bilmədən) təcrübə qismində gözəl bir hədiyyə qazandırdınız, biz bu təcrübələri bölüşdük. Sizinlə tanış olduğum üçün qismətimdən çox razıyam. Hər birinizi dəyərli qonaq kimi Azərbaycanda görməyə çox şad olaram.

Ekspedisiyada mənə dəstək olan, onun gedişini izləyən, başıma gələnlərə mənimlə bir yerdə həyəcanlanan, zirvəni fəth etdiyimə sevinən, xəbərlərimi paylaşan və onu bəyənməyə ərinməyən hər kəsə çox sağ ol deyirəm. Sizin sayənizdə bu böyük dağda özümü tək hiss etmədim! Mən də öz sevincimi boyük məmnuniyyətlə sizinlə bölüşürəm. Hamınızı köksümə sıxıram və Beynəlxalq Alpinizm Günü münasibətilə Sizi təbrik edirəm!”.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar