fbpx
Connect with us

Xəbərlər

Bu qış Nanga Parbatın Rupal üzünə ilk addımlar atıla bilər

Nanga Parbatın Rupal üzü bu qış ən iddialı ekspedisiyadır, lakin biz bu barədə indiyə qədər çox az eşitmişik. Beynəlxalq komanda üzvləri bura qalxmağı yalnız İslamabada çatdıqdan sonra təsdiqləyiblər. Qrup üzvləri italiyalı Herve Barmasse, almaniyalı David Gottler və amerikalı Mayk Arnolddan ibarətdir. Təcrübəli yerli alpinist Qüdrət Əli onları rabitə zabiti və baza düşərgəsinin rəhbəri kimi müşayiət edəcək.

Burdan Bura xəbər verir ki, məqsəd dünyanın ən böyük dağ divarlarından biri olan 4500 metrlik Rupala divarı ilə cənubdan zirvəyə qalxmaqdır. Onlar bu divarı qışda çıxan ilk alpinistlər olmaq istəyir. Həmçinin, buna alp üsulu ilə cəhd edirlər.

Qeyd edək ki, alpinistlər əvvəlcədən qurulmuş düşərgədən, sabit iplərdən, oksigendən və hər hansısa kənar köməkdən istifadə etmirlər. Onlar özləri ilə sadəcə 15 kiloqramlıq bel çantaları və 60 metrlik kəndir götürüblər.

Alpinistlər yanvarın ikinci həftəsinə qədər iqlimə uyğunlaşacaq və BC-dən zirvəyə tək bir təkanla qalxmağa hazır olacaqlarına ümid edirlər. Barmasse ən böyük çətinliklərin marşrutun yuxarı tərəfində, 7200 ilə 8200m arasında olacağını təxmin edir.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar