Xəbərlər
Çin hökuməti Kristin Harilaya icazə vermədi
Məşhur norveçli alpinist Kristin Harila və onun iki Şerpa tərəfdaşı Pasdawa Sherpa, əmisi Dawa Ongju Sherpa ilə kifayət qədər iddialı plan olan – bütün 8000 metrlik zirvələri ən tez vaxtda dırmaşmaq rekordunu həyata keçirən missiyalarını başa çatdırmağın iki addımlığında dayandılar.
Kristin aprelin 28-dən sentyabrın 22-dək, 147 gün ərzində 14 səkkiz minlik zirvədən 12-nə qalxıb. Layihəni 2019-cu ildə 189 günə (6 ay 6 gün) tamamlayan “Nims” ləqəbli nepallı Qurka Nirmal Purja tərəfindən qoyulmuş mövcud rekordu qırmaq üçün Kristinə yerdə qalan iki səkkiz minlik zirvəyə (Şişabanqma və Ço-Oyu) qalxmaq nəsib olmadı. Bu zirvələrlə əsas problem Çin səlahiyyətlilərindən icazə almaq idi. Bu problemi həll etmək o qədər də asan deyildi, çünki Çin ardıcıl üç ildir ki, öz dağlarını xarici alpinistlərin üzünə açmır. Nirmal Purja üçün icazə almaq da uzun danışıqlardan və ən yüksək səviyyədə (Nepal və Çin hökumətləri səviyyəsində) müraciətlərdən sonra qərara alınıb!
Norveçli alpinist bu gün səhər yazıb ki, “İcazənin alınması üçün bütün mümkün olan yollardan istifadə etdik, lakin təəssüf ki, bizdən asılı olmayan səbəblərə görə icazələri vaxtında ala bilmədik”.
O, hələlik evə getmək və 14×8,000 layihəsini gələn il tamamlamağa qərar verib.
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…