fbpx
Connect with us

Xəbərlər

Dağçılıq və bələdçilik təlimi başa çatıb

Dağ bələdçilərinə yaranan tələbi qarşılamaq və peşəkar dağ bələdçilərini hazırlamaq məqsədilə 7-10 iyul tarixlərində Şəki -Zaqatala regionu üzrə “Yay Təməl Dağçılıq və Bələdçilik kursu” təşkil edildi.

Ölkədə təbiət gəzintilərinə marağın artması gəzintilərdə turistlərə bələdçilik xidməti göstərəcək peşəkar kadrlara da tələbi artırır. Şəki DMT olaraq əsas fəaliyyət istiqamətlərindən biri də məhz turizm sahəsində kadr hazırlığıdır.

Tələbi qarşılamaq məqsədilə keçirilən 4 günlük təlim kursunda Şəki şəhəri, Şəkinin kəndlərindən və Qax rayonundan olmaqla, ümumilikdə 14 nəfər iştirak etdi.

Peşəkar dağ bələdçisi və ilk yardım mütəxəssisi tərəfindən keçirilən təlimlərdə dağçılığın əsasları, növləri, dağ ləvazimatlarından istifadə, təbiətdə ilk yardım, bələdçiliyinin qaydaları və qrupun idarə olunması kimi mühüm dəsrlər öyrədilmişdir. Nəzəri dərslər Şəki DMT ofisində, praktiki dərslər isə təbiətdə keçirilmişdir.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar