Xəbərlər
Dağda itmiş Hindistanlı turist haqqında son məlumat

Dağda itmiş hindistanlı turist haqqında daha əvvəl məlumat vermişdik.
Toğrul Cəfərov və dostları hazırda Zaqatala rayonunda yerləşən Honzoqor dağında, Şamilovka yaylağındadılar. Onun dediyinə görə sıx duman var, görüş məsafəsi çox azdır. Ərazidə polis əməkdaşları, yerli sakinlər və ekologiya (+qoruq) əməkdaşları da var.
Əsas axtarış tədbirləri sabah olacaq. Əlaqədar qurumların əməkdaşları ilə yanaşı yerli sakinlər də əraziyə gələcək. Bakıdan gəlmək istəyənlər onlarla birlikdə yuxarı qalxa bilər. Yuxarıya maşınlarla qalxacaqlar. Sabah 8-9 radələrində dağda toplanıb böyük dərəyə giriləcək.
Bu günə kimi polis, yerli sakinlər və ekologiya əməkdaşları ehtimal olunan iki dərəni axtarıblar. Sabah isə ən böyük dərə axtarılacaq.
Ərazi həddən artıq böyük, relyef isə olduqca sərtdir. Ağacların yarpaqlanması görüntünü nisbətən məhdudlaşdırır. Çalışacağıq ki, sabah bir nəticə olsun İnşaallah.
Qeyd edək ki, Bundan əvvəl ayrı-ayrı vaxtlarda Zaqatalada dağda itmiş iki şəxs 9 gün sonra sağ-salamat tapılmışdır.
Mənbə və foto: Toğrul Cəfərov

-
Jurnal3 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər4 il əvvəl
Rəna Kərimova
-
Jurnal3 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəl
Orxan Rzayev
-
Səyahətçilər4 il əvvəl
Yeganə Cansail
-
Xəbərlər5 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal3 il əvvəl
Şahdağ zirvəsi
-
İdman3 il əvvəl
Futbol 90 dəqiqə deyil…