Xəbərlər
Denis Urobko bu gecə Bakıya gəlir

Oktyabrın 21-də, saat 19:00-da “Hyatt Regency” otelinin “Quba” zalında Denis Urubkonun yaradıcılıq gecəsi keçiriləcək. Dövrümüzün ən güclü alpinistlərindən olan Denis azərbaycanlı auditoriya ilə görüşmək arzusundadır. Əfsanəvi alpinist bu gecə saat 1 radələrində Bakıya gələcək.
Bir çox dünya rekordlarına imza atan Denis Urubko “Dünyanın Dağ Tacları”na – hündürlüyü 8 min metri aşan zirvələrə süni oksigenin və hündürlük fəhlələrinin köməyi olmadan 26 dəfə yürüş edib. Denis yeni, texniki baxımdan mürəkkəb marşrutların müəllifi, qış ekspedisiyalarının təşkilatçısı, yeni nəsil alpinistlərin müəllimi və motivatorudur.
İnsan imkanlarının fövqündə olan yürüşlər, unikal təcrübə, şəxsi xarizma, xilas olunmuş onlarla insan həyatı – bütün bunlar Denis Urubko ilə görüşü dinləyicilərə yeni üfüqlər aça biləcək parlaq və unudulmaz hadisəyə çevirəcək.

-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Jurnal2 il əvvəl
Şahdağ zirvəsi
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…