Xəbərlər
Dənizkənarı bulvarda qazax yurtası açılıb
Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi çərçivəsində Bakının Dənizkənarı bulvarında avqustun 6-dan 31-dək içərisində “Welcome to KZ” informasiya-turizm mərkəzinin çalışacağı 10 kəndirli qazax yurtasının açılış mərasimi baş tutub.
Tədbiri açan Qazaxıstan səfiri Serjan Abdıkarimov dövlətlərarası münasibətlərin yüksək səviyyəsini qeyd edib və sözügedən layihənin çoxəsrlik dostluq tellərinə və ümumi tarixə malik iki qardaş xalqın mənəvi yaxınlaşmasına və mədəni qarşılıqlı zənginləşməsinə yönəldiyini bildirib. Diplomat qeyd edib ki, yurta ziyarətçilərin Qazaxıstanın müasir inkişafı, mədəni və gəzməli-görməli yerləri, ölkənin tarixi və ənənələri ilə tanış olmaq, qədim köçərilərin dünyasına daxil olmaq, Böyük Çöl ölkəsinin melodiyalarını dinləmək, milli təamlarının dadına baxmaq imkanı qazanacaqlar.
Tədbirin əvvəlində qonaqlara Almatı şəhərinin, “Qazaxıstan” mehmanxanasının, “Şımbulak” dağ-xizək kurortunun, “Air Astana” aviaşirkətinin, “Baykonur” kosmodromunun və “Kıran” milli şahin ovu mərkəzinin turizm stendləri və asıki milli oyunu təqdim olunub.
Sonradan yurtada Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin iştirakı ilə tanınmış yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının Azərbaycan dilində olan “Qazax Nəsrinin Antologiyası” kitabının təqdimatı keçirilib.
Avqustun 31-dək öz işini –davam etdirəcək layihə çərçivəsində Almatı və Şımkent şəhərləri, Almatı, Türkistan və Manqıstan vilayətləri öz turizm potensiallarını nümayiş etdirəcək, mədəni, konsert və əyləncə proqramları keçirəcəklər.
Tədbirlər Qazaxıstan səfirliyinin, “Discover Almaty” turizm şirkətinin, “Air Astana” aviaşirkətinin və Qazaxıstanın Azərbaycandakı Ticarət Evinin dəstəyi ilə həyata keçirilir.
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…