Xəbərlər
Dövlət Turizm Agentliyində yeni təyinat

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 21 yanvar 2022-ci il tarixli 3112 nömrəli Sərəncamı ilə Azadə Hüseynova Dövlət Turizm Agentliyi sədrinin müavini təyin olunub.
Azadə Abbas qızı Hüseynova 1984-cü ildə Zəngibasarda anadan olub.
Azərbaycan Dillər Universitetində bakalavr və magistr üzrə təhsil alıb. Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsili alıb.
Azərbaycanda fəaliyyət göstərən müxtəlif beynəlxalq təşkilatlarda çalışıb. 2018-ci ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Milli Turizm Təbliğat Bürosunda investisiyalar üzrə mütəxəssis, sonrakı dövrlərdə Dövlət Turizm Agentliyində Beynəlxalq əlaqələr şöbəsində sektor müdiri, Turizm siyasəti və strategiyası şöbəsində müdir müavini vəzifələrində çalışıb.
2019-cu ildən etibarən Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib.
Ailəlidir, iki övladı var.

-
Jurnal3 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər4 il əvvəl
Rəna Kərimova
-
Jurnal3 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəl
Orxan Rzayev
-
Səyahətçilər4 il əvvəl
Yeganə Cansail
-
Xəbərlər5 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal3 il əvvəl
Şahdağ zirvəsi
-
İdman3 il əvvəl
Futbol 90 dəqiqə deyil…