Xəbərlər
DTA sədri Fuad Nağıyev qaliblər düşərgəsinin iştirakçılarını qonaq qəbul edib

İyulun 14-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və “For Azerbaijan” Beynəlxalq Təşkilatı tərəfindən şəhid övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi”nin iştirakçılarını “Yanardağ” qoruğunda qonaq qəbul edib.
Agentlik sədri bu haqda rəsmi feysbuk hesabında paylaşım edib.
Paylaşımda belə qeyd olunur:
“Uşaqların dünyagörüşünün formalaşmasına müsbət təsir edən, onların bilik və bacarıqlarını inkişaf etdirən bu cür layihələrin keçirilməsi çox önəmlidir.
“Qaliblər”imizlə görüşdə onlarda söhbət elədik, oynadıq, birlikdə əyləndik. İnanıram ki, dünənki gün uşaqların yaddaşında həmişə xoş və maraqlı xatirələrlə qalacaq.
Vətən müharibəsində şanlı zəfəri bizə yaşadan şəhidlərimizin övladları bizə əmanətdir. Onların qayğısına qalmaq hamımızın borcudur. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.




-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Jurnal2 il əvvəl
Şahdağ zirvəsi
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…