Xəbərlər
DTA və UNDP arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycanın regionlarında turizmin inkişafına dəstək, regional turizm müəssələrinin idarə olunması və təşkili, turizmlə bağlı infrastruktur və xidmətlərin yaxşılaşdırılması, eləcə də yerli icmaların imkanların genişləndirməsi kimi məsələlər oktyabrın 19-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə BMT-nin İnkişaf Proqramının (UNDP) Rezident Nümayəndəsi Alessandro Frakassetti ilə görüşü zamanı müzakirə olunub.
Görüşdə Agentlik sədri postpandemiya dövründə ölkə turizminin bərpası və regional turizmin cəlbediciliyinin artırılması istiqamətində aparılan işlərdən, eləcə də xarici turistlərin Azərbaycana yenidən səfər etmələri üçün bir sıra ölkələrlə sərəhdlərin açılması, ölkə turizminin inkişafını ləngidən amilllərin aradan qaldırılmasında görülən işlərdən danışıb.
Fuad Nağıyev DTA olaraq BMT-nin İnkişaf Proqramı çərçivəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını diqqətə çatdırıb.
BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi Alessandro Frakassetti qurumun Azərbaycandakı 30 illik fəaliyyətini yüksək qiymətləndirib. O, BMT-nin İnkişaf Proqramı çərçivəsində Azərbaycanın regionlarının cədlbedici turizm məkanları kimi inkişafına dastək göstərilməsində, eləcə də turizmlə əlaqəli peşələrdə peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi və maarifləndirmə işlərinin artırılmasında maraqlı olduqlarını bildirib.
Görüş çərçivəsində turizmin gələcək inkişafı məqsədilə planlaşdırılan tədbirlər haqqında da fikir mübadiləsi aparılıb.

-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Jurnal2 il əvvəl
Şahdağ zirvəsi
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…