fbpx
Connect with us

Xəbərlər

Dünyaca məşhur səyyahlar Qarabağ səfərləri ilə bağlı mətbuat konfransı keçiriblər

Bu gün Qarabağ və Şərqi Zəngəzura səfər etmiş tanınmış xarici səyyahlar Trend İnformasiya Agentliyinin konfrans zalında mətbuat konfransı keçiriblər.

Trend-in məlumatına görə, xarici səyyahlar azad edilmiş ərazilərə səfərləri zamanı təəssüratlarını bölüşüb, ermənilər tərəfindən orada törədilən dağıntılar və Azərbaycan hökuməti tərəfindən aparılan sürətli quruculuq işləri haqqında danışıblar.

Səyyah Salvatore Lavallo deyib ki, Azərbaycanın azad edilmiş əraziləri ilə tanış olmaq üçün yaxşı imkanları olub: “Bu yerlərlə tanış olmaq üçün çox yaxşı şansımız oldu. Orada çox sürətli quruculuq işləri aparılır. Biz Ağdama səfər etdik, orada aparılan işlərlə tanış olduq. Düşünürəm ki, regionda sülh olmalı, insanlar sülh şəraitində yaşamalıdır. Qafqaz sülh regionuna çevrilməlidir. Azərbaycan bunun üçün bütün işləri görür. O yerlərdə aparılan sürətli quruculuq işləri Azərbaycanın sülh istəyini göstərir”.

Səyyah, bloger Ranqpətç Netnapat Azərbaycana ikinci dəfə gəldiyini diqqətə çatdırıb. İxtisasının turizm olduğunu qeyd edən səyyah bildirib ki, Qarabağın çox böyük turizm potensialı var.

“Gələcəkdə insanlar daha çox Azərbaycana gələcək, Azərbaycan gözəl turizm məkanına çevriləcək. Qarabağın da çox böyük turizm potensialı var. Qarabağda sülhün bərqərar olması turizmin inkişafına böyük imkan yaradacaq. Qarabağda bərpa, quruculuq işləri aparılır. Əlbəttə, orada dağıntılar insana çox pis təsir edir. Ancaq aparılan quruculuq işləri insanı sevindirir”, – R.Netnapat deyib.

Səyyah Nikola Koratella bildirib ki, xüsusən Kəlbəcərin çox gözəl təbiəti var: “Biz bu torpaqlarda böyük dağıntılar gördük. Amma bu dağıntılarla yanaşı, böyük quruculuq, tikinti işlərini də müşahidə etdik. Yenidənqurma işlərindən sonra bu torpaqlar daha da gözəlləşəcək. Kəlbəcərdə turizmin inkişafı üçün böyük potensial var. Bu yerlər dünyadakı turistlər üçün yeni bir məkan olacaq. Yeni avtomobil və dəmir yolları o regionun inkişafı üçün böyük əhəmiyyət daşıyır”.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar