Xəbərlər
Dünyanı üzərək keçən toyuq
Sörf, yelkən və okeanda üzgüçülük. Bütün bunları Monik adlı cəsur bir toyuq edib.
Burdan Bura xəbər verir ki, 21 yaşlı fransalı Girek Souda 2014-cü ildə paslı, 30 metrlik yelkənli qayığı ilə yola çıxanda onun çox da yelkən təcrübəsi və kommunikasiya avadanlıqları yox idi.
O, həmçinin gəmidə tamamilə tək idi. Rod-Aylenddən qırmızı toyuqla rastlaşana qədər. “Monik ilə tanış oldum və biz bir-birimizə aşiq olduq” Girek Souda deyir. Monik, onun beş illik dünya səyahətində sirdaşı və ən yaxşı dostu olmalı idi.
Monik dənizi tez mənimsədi və cütlük Karib dənizinə gələndə Girek ona üzməyi öyrətmək qərarı verdi.
Tüklü dostunu onunla dənizə çıxmağa razı salmaq elə də çətin olmadı, çünki o, it kimi hər yerdə onun arxasınca düşürdü. Monik üzgüçülüyü mənimsəyəndən sonra sörf taxtasında da üzüb.
Girek uşaqlıqdan macəra arzusunda idi və onlar səyahətlərini davam etdirərkən, qayığını lövbərləmək və Arktikanın buzunda – donmuş boşluqların əhatəsində təcrid olunaraq, digər insanlardan uzaq məsafədə olmaq istədiyinə qərar verdi. Beləliklə, 28 gündən sonra Atlantik okeanını uğurla keçən cütlük Qrenlandiyaya doğru yola düşüb.
Monik və Girek küləklə, buzla və şiddətli soyuqla mübarizə apararaq qaranlıqda 70 gün keçirdilər. Onlar ümumilikdə 130 gün Arktikanın buzlarında olublar.
“Mən hər zaman Monik ilə danışırdım. O, mənim üçün bir yoldaş kimi idi. Düşünürəm ki, o mənimlə olmasaydı, hər şey başqa cür olardı. O, mənə çoxlu sevgi bəxş etdi.” deyə Girek qeyd edib.
Girek və “dünyanın ən yaxşı toyuğu”nun macərası hələ bitməyib.
Mənbə: @bbcworldservice
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…