Xəbərlər
Əbu-Dabi-də dünyanın ən böyük akvariumu tikilir
Əbu-Dabi artıq bir çox turistik məkana ev sahibliyi edir. Ferrari World-dən Yas Waterworld və Clymb-ə qədər, paytaxt turistləri cəlb etmək üçün əyləncədən əksik deyil. Və indi siyahıya yeni bir brend də qoşulur. Miral Asset Management şirkətinin baş direktoru Məhəmməd Əl Zaabi, Sea World-un Əbu-Dabi-nin növbəti böyük cazibəsi olacağını təsdiqlədi.
Dünyanın ən böyük və ən geniş dəniz akvariumuna və yeni Yas SeaWorld Araşdırma və Xilasetmə Mərkəzinə malik olan dəniz həyatı parkı hazırda 64% tamamlanıb.
Tamamlandıqdan sonra SeaWorld Abu Dabi, 25 milyon litr su ehtiva edən, köpək balığı, mantalar və dəniz tısbağaları da daxil olmaqla 68 mindən çox dəniz heyvanını saxlayan dünyanın ən böyük və ən geniş dəniz həyatı akvariumuna ev sahibliyi edəcək.
Akvariumun əsas fokus mənzərəsi, ziyarətçiləri heyrətamiz su mənzərəsinə açan, 20 m uzunluğunda şaquli pəncərə olan “Sonsuz Vista”dır.
SeaWorld Əbu-Dabi-nin dizaynı, dənizdəki tədqiqatlar, konservasiyalar və heyvanların rifahı ilə bağlı 55 ildən artıq təcrübədən istifadə edərək, beş qapalı səviyyədə 183.000 kvadrat metr sahəni əhatə edir.
Mətni tərcümə etdi: Hüseyn Hüseynov
Mənbə: Curly Tales
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…