Xəbərlər
Ekvadorda qar uçqunu 4 nəfərin həyatına son qoyub

Yerli KİV-in məlumatına görə, Ekvadorun ən yüksək dağı – Çimbaroso vulkanında (6263 m) qar uçqunu baş verib. Bu zaman zirvəyə qalxan alpinist qrupları uçquna düşüb. Qar uçqunu təxminən 6000 metr hündürlükdə olub. Uçqun baş verən zaman yamacda 12 nəfər olub.
Məlumata görə 4 alpinist həlak olub, üç nəfər itkin düşüb, daha üç nəfər isə yaralanıb. Ölənlərin adları və milliyyətləri açıqlanmayıb.
Sanqay Milli Parkının əməkdaşları, milli polis və yanğınsöndürmə briqadasının kurort qrupu dağın yamacında axtarış-xilasetmə işləri aparır.
Bu faciə Çimbarosoda 1993-cü ildən sonra uçqun nəticəsində dağda 10 nəfərin öldüyü ən böyük faciə oldu.

-
Jurnal3 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər4 il əvvəl
Rəna Kərimova
-
Jurnal3 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəl
Orxan Rzayev
-
Səyahətçilər4 il əvvəl
Yeganə Cansail
-
Xəbərlər5 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal3 il əvvəl
Şahdağ zirvəsi
-
İdman3 il əvvəl
Futbol 90 dəqiqə deyil…