fbpx
Connect with us

Emil Şirinli

Doğum tarixi: 22 aprel, 1993
Təhsili:  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Sosial şəbəkə hesabları:
Instagram: @emilshirinli
Facebook: Emil Shirinli

Həyatı

Emil Şirinli 22 Aprel 1993-cü ildə İsmayıllının Cülyan kəndində doğulub. Kənd meşəkənarı, dağətəyi, çayqırağı kənddi. Emil kəndin meşəyə doğru ən kənarında yaşayıb. Ali təhsil almaq məqsədilə kənddən çıxıb və Neft Akademiyasını bitirib elə neft sənayesində xarici şirkətlərdən birində işləməyə başlayıb.

Kənd ətrafındakı dağlarda gəzmədiyi dəlmə-deşik qalmayıb demək olar. Yayda həvəsini öldürmək üçün yaylağa qonşumuza köməyə gedərdi. Ordan Babadağa maraqla baxardı. Sonra 2011-ci ildə gedib özünə də dırmanır.

Fəaliyyəti

Uşaqlıqdan adını eşidib üzünü görmədiyi, hələ lap keçmişdən az qala əfsanəyə çevrilən Qaranohur gölünü görmək üçün 2017-ci ilin Mayında ilk dəfə “Camping Azerbaijan” ilə yürüşdə iştirak edir. Ab-hava çox xoşuna gəlmişdi deyə elə növbəti həftəsonu onlarla Qusarda bir tura gedir. O yürüşdə də baxır ki, bunlar elə axtardığı adamlar imiş. Emil bir gün də görür ki, Camping Azerbaijan yeni bələdçi axtarır. Elə ona da bu lazım idi. Necə deyərlər eşşəyin könlü samanlıqda idi, canavar da qovdu saldı ora. Elə 2017-ci ilin İyulundan etibarən başlayır bələdçilik eləməyə. Turda iştirakçı olanda rahat gəzən Emil, indi məsuliyyət daşımağa başlamışdı.

“Camping Azerbaijan” turları ilə Quba, Qusar, İsmayıllı, Qax, Astara, Siyəzən, Şabran rayonları ərazisində müxtəlif yerləri gəzir və gəzdirir. 2017 və 2018-ci illərdə “Şaxta Baba Ucqar Kəndlərdə” layihələrində iştirak edib.

Sonra keçib Gürcüstana – Laqodexiyə. Orda da bir az gəzib. Daha sonra çoxdan planladığı Svanetiyə çox günlük trekking səfərinə gedir. Daha sonra yenidən Babadağ, Qızılqaya, Atatürk, Heydər, Qaraburğa zirvələrinə çıxdı.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar