Xəbərlər
Fərid Novruzinin dünya səyahəti haqqında kitabı artıq satışda
Daha öncə də məlumat verildiyi kimi iş adamı və səyahətçi Fərid Novruzi dünya səyahəti haqqında kitabının çap olunacağını bildirmişdi. Fərid Novruzi dünya səyahətini uğurla başa vuran ilk azərbaycanlıdır.
O, dünya səyahətinə adi vaxtda başlamayıb. Fərid Novruzi 2020-ci ilin yanvar ayında uzaq səfərə çıxmağa hazırlaşanda nə özünün, nə də başqa kiminsə ağlına gəlməzdi ki, ölüm daşıyıcısı olan qorxulu bir virus ortaya çıxacaq və onun da planlarına xaincəsinə müdaxilə edərək marşrutunu gözlənilməz dərəcədə dəyişəcək. Bunun da nəticəsində səyyah sərhədlərdə çoxsaylı problemlərlə qarşılaşacaq, yük maşınında böyük məsafələr qət edəcək, boş və kimsəsiz hotellərdə gecələyəcək…
O 158 gün ərzində təyyarədən istifadə etmədən, yalnız quru və su yolu ilə 60 min kilometrdən çox məsafə qət edib, Yer kürəsinin “başına dolanaraq” öz dünya səyahətini dünya standartlarına uyğun şəkildə uğurla başa çatdıra bilib.
Bütün bunlara baxmayaraq, Fərid Novruzi heç bir çətinlikdən çəkinməyərək, təhlükələrdən qorxmayaraq, öz yoluna davam edib və 158 gün ərzində təyyarədən istifadə etmədən, yalnız quru və su yolu ilə 60 min kilometrdən çox məsafə qət edib, Yer kürəsinin “başına dolanaraq” öz dünya səyahətini dünya standartlarına uyğun şəkildə uğurla başa çatdıra bilib. Bu kitab həmin səyahət vaxtı onun başına gələn olduqca maraqlı və gözlənilməz macəralardan bəhs edir. 📚
“Nuhun gəmisi” adlanan kitabı bütün “Libraff” mağazalarından əldə edə bilərsiniz.
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…