Xəbərlər
Fərid Novruzinin kitab təqdimatı və imza günü keçirildi
Dekabrın 27-i iş adamı və səyyah Fərid Novruzinin dünya səyahətindən bəhs edən «Nuhun gəmisi» adlı kitabının təqdimat və imza mərasimi keçirildi.
Burdanbura.az xəbər verir ki, təqdimat “Libraff” kitab mağazasının “Park Akademiya” filialında baş tutub.
Tədbirdə Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədri Azər Qəribov və sədr müavini İradə Qədirova, Azərbaycan Alpinizm Federasiyasının Baş katibi İsrafil Aşurlı və digər qonaqlar iştirak edib.
Tədbir kitabın ön söz yazarı Azər Qəribovun açılış nitqi ilə başlayıb. Daha sonra İsrafil Aşurlının çıxışı və müəllifin təqdimatında davam edib. Qonaqlar kitabın müəllifi Fərid Novruziyə maraqlı suallar ünvanlayıb. Sonda isə müəllif kitabı imzalayaraq oxucularla xatirə şəkilləri çəkdirib.
Qeyd edək ki, kitab həm Azərbaycan, həm də rus dillərində “Libraff” mağazalarında satışdadır.









-
Jurnal3 il əvvəlBazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Jurnal3 il əvvəlZəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəlRəna Kərimova
-
Jurnal3 il əvvəlŞahdağ zirvəsi
-
Səyahətçilər4 il əvvəlOrxan Rzayev
-
Xəbərlər5 il əvvəlDünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəlYeganə Cansail
-
Xəbərlər5 il əvvəlİradə Qədirova Naxçıvan səyahəti haqqında – MÜSAHİBƏ