İdman
Futbol 90 dəqiqə deyil…
Dünyanın aparıcı turizm və idman təşkilatları dünya turizm gəlirinin 32 faizinin idman turizmindən əldə edildiyi qənaətindədir. Son illərdə turizmlə əlaqəli olan idman fəaliyyətləri turizmdə inkişaf potensialı olan sahələrdən biri kimi qarşıya qoyulur.
90 + turizm
Hər matçın doxsan dəqiqə ilə məhdudlaşmadığını dərk edən ölkələr bir müddətdir ki, “Futbol Turizmi”nə liderlik edir. Futbol turizmi ilə ölkəyə gələn turistlərin sayını çoxaltmaq mümkündür. Bununla da qısa zamanda turizm gəlirlərini artırmaq olar. 2002-ci ildə Cənubi Koreya/Yaponiyada keçirilən dünya çempionatının oyunları üçün ölkəyə 2,5 milyondan çox turist gəlib. Hər matçda orta hesabla 42269 tamaşaçının olduğu müşahidə edilib. 2006-cı il Almaniyada keçirilən dünya çempionatından başlayaraq, mundiallara 3 milyondan çox turistin gəldiyi məlumdur. Bu rəqəm hər 4 ildən bir artmağa davam edir.
Bu da maraqlıdır: Qətər dünya çempionatı üçün üç beşulduzlu hotel açacaq
FİFA sözcüsü Nikolas Mainqot mətbuat konfransında; “2010-cu ildə Cənubi Afrikanın iştirak nisbəti 68,991 nəfər olub. Bu, 1994-cü ildə ABŞ-da keçirilən çempionatdan sonra ikinci yer deməkdir. Turnirdə ilk dörd günün geridə qalmasıyla, orta tamaşaçı sayı 53.019 nəfər idi. 2006-cı ildə Almaniyada keçirilən çempionatda 11 matçın sonunda isə bu rəqəm 52.167 idi”. Bununla da orta tamaşaçı sayının Dünya Kubokları tarixində ikinci ən yüksək göstərici olduğunu açıqlamışdı.
Qətər 2022
2022-ci il Dünya Kuboku ilk dəfə Yaxın Şərqdə, həmçinin Şimal yarımkürəsində payız və qış aylarında keçiriləcək. Qətərdə yay istisi səbəbindən bu Dünya Kuboku noyabrın sonundan dekabrın ortalarına kimi davam edəcək. Bu, may, iyun və ya iyul aylarında baş tutmayan ilk turnirdir. Bu, ərəb dünyasında keçirilən ilk Dünya Kuboku və müsəlmanların çoxluq təşkil etdiyi ölkədə ilk çempionatdır. Həmçinin, 2002-ci ildə Koreya Respublikası və Yaponiyada keçirilən turnirdən sonra tamamilə Asiyada keçiriləcək ikinci Dünya Kuboku olacaq.
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları
-
Jurnal2 il əvvəl
Şahdağ zirvəsi