
Gülər Ağayeva
Sosial şəbəkə hesabları:
Instagram: @gular.aghayeva
Facebook: Gular Aghayeva
Gülər Ağayeva 2013-cü ildən başladığı səyahətlər ərzində 5 qitədə 50 ölkəni kəşf edib. Dünyanın “Yeni 7 möcüzə siyahısı”ndan Meksikada yerləşən “Çiçen İtsa” piramidalarını, Peruda yerləşən Maçu Pikçunu görüb.
Cənubi Afrikada yerləşən dünyanın ən hündür kommersiya “bungee” körpüsü “Bloukrans” körpüsündən (216 metr) tullanıb. Hər qitənin ən yüksək zirvələrini özündə birləşdirən “7 Summits” qrupundan Avstraliyada yerləşən Kostyuşka (2228 m) zirvəsinə qalxıb. Ən gözəl təbii möcüzələrdən biri sayılan İquazu şəlaləsində (Argentina tərəfdən) islanıb.
Ən hündür göl sayılan Titikaka gölündə (Peru və Boliviya sahilləri, 3810 m) “Uros Üzən Ada”nın sakinləri ilə tanış olub. Ən böyük duz gölü sayılan, Boliviyada yerləşən “Uyuni” gölündə isə əsrarəngiz gün batımını izləyib. Hal-hazırda macəra dolu səyahətlər planlamağa davam edir.
-
Jurnal3 il əvvəlBazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Jurnal3 il əvvəlZəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəlRəna Kərimova
-
Jurnal3 il əvvəlŞahdağ zirvəsi
-
Səyahətçilər4 il əvvəlOrxan Rzayev
-
Xəbərlər5 il əvvəlDünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəlYeganə Cansail
-
Xəbərlər5 il əvvəlİradə Qədirova Naxçıvan səyahəti haqqında – MÜSAHİBƏ