fbpx
Connect with us

Xəbərlər

Gürcüstan Qara dənizdə süni adalar yaradır

Layihəyə görə, Acarıstan sahillərində iki süni yarımadanın və bir adanın ümumi sahəsi 90 hektar olacaq.

Qara dəniz sahilindəki kurort şəhəri Batumidə (Acarıstan bölgəsi), iki süni yarımadanın və ultra-müasir əyləncə və istirahət tipli bir adanın inşası planlaşdırılır.

“Ambassadori Island” layihəsi tamamilə şəxsi sərmayə hesabına həyata keçiriləcək. “Ambassador” şirkəti iki min adamın çalışacağı layihənin ilk mərhələsinə 100 milyon dollar sərmayə qoyacaq.

“Layihə bazar ertəsi keçirilən iclasda hökumət tərəfindən dəstəkləndi. Sonrakı illərdə yeni bir genişmiqyaslı inkişafın şahidi olacağıq… Yeni bir şəhər, yeni böyük bir ərazidə 90 hektar süni ada və yarımadada qurulacaq. Təxminən 500 otaqlı bir otel kompleksi, alış-veriş mərkəzləri, əyləncə sənayesi, çox maraqlı obyektlər turistləri qonaqpərvər Batumiyə cəlb edəcək” deyə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava məlumat verib.

Nazirin sözlərinə görə, layihə texniki baxımdan olduqca mürəkkəbdir, buna görə investor hərtərəfli araşdırma aparmalı olacaq. Beynəlxalq ekspertlərin və müvafiq ixtisas təşkilatlarının cəlb edilməsi ilə ətraflı texniki-iqtisadi əsaslandırma aparılacaq.

Bundan başqa, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Acarıstan Hökuməti və “Ambassador” şirkəti arasında investisiya layihəsinin həyata keçirilməsində tərəflərin yardımını nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanmışdır.

Mənbə: “Sputnik” Gürcüstan

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar