fbpx
Connect with us

Həvva Səfərova

Doğum tarixi: 18 aprel, 1992
Təhsili:  Azərbaycan Turizm və Menecment Universiteti
Sosial şəbəkə hesabları:
Instagram: @havva_safarova
Facebook: Havva Safarova

Uşaqlıqdan riyaziyyatçı, maliyyəçi olmaq istəyən Həvva Səfərova sonda Turizmçi oldu. Universitet qəbulu zamanı 15 ixtisasdan sadəcə birini, turizmi yazaraq ona da qəbul olub.

2010-2014-cü illərdə Azərbaycan Turizm və Menecment Universiteti, Turizm və Hotelçilik, 2011-2014-cü illərdə isə IMC FH Krems University of Applied Sciences, Tourism and Hospitality Management ixtisasları üzrə təhsil alıb.

Turizm sənayesi üzrə 10 ildən çox iş təcrübəsinə malikdir. Daha çox Qonaqpərvərlik və Restoran sahəsi üzrə Marketinq fəaliyyəti ilə məşğul olmuşdur. “Boulevard Hotel Baku”, “Pik Palace Hotel” və “Park Chalet Hotel Şahdağ”, “Winter Park Hotel” kimi şirkətlərdə Marketinq üzrə Menecer vəzifələrində, “Mogan” Hoteldə Satış və Marketinq üzrə Direktor vəzifəsində çalışıb. “Khazar Palace Hotel” Lənkəran, “El Resort Hotel” Qax, “Yurd Hotel” Qax, “Maricel Astara Resort” hotellərinə distant SMM xidmətləri edib.

“Tourismlab” MMC-nin həmtəsisçisi, “Azerbaijan Tourism Forum” layihəsinin ideya müəllifidir. Şirkət olaraq qonaqpərvərlik sənayesində müxtəlif tədbirlərin, festivalların təşkilatçılığı ilə məşğul olub. Araz Supermarketlər şəbəkəsinin həftəlik festivallarını ən iri marketlərində icrası ilə məşğul olub.

Uşaqlarla səyahətdən, qadınların limitinin sadəcə öz beynində olduğunu vurğulayan seminar və marafonların müəllifidir. “Havva_safarova”, “Ninja Agenda”, “Ninja Kids Club”, “Ninjamania Conceptstore” kimi şəxsi layihələri var. Həmçinin Marketinq və Turizm sahəsi üzrə müxtəlif format və mövzularda təlim və seminarlar həyata keçirir.

Bulvar Hoteldə çalışdığı zamanlar “Ninja Parents” yaranır. Ninja – eyni zamanda bir neçə işi və tapşırığı görə bilən insana deyilir. Bununla bağlı həmişə özünü ninja kimi qız olaraq çağırırdı. Yoldaşı ilə elə qərarlaşdı ki, adımız niyə də “Ninja Parents” olmasın ki?!

Həvva Səfərova AVRO 2020-də Azərbaycanı təmsil edib. Dünyanın ən çox izlənən futbol kanalı “433”də, storİ-lər üzərindən Azərbaycanın turistik, tarixi yerləri haqqında məlumatlar verib.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar