fbpx
Connect with us

Hökümə Abbasova

Doğum tarixi: 25 dekabr
Təhsili: Azərbaycan Dillər Universiteti
Peşəsi: Müəllim
Sosial şəbəkə hesabları:
İnstagram: seyahetsever
Facebook: Seyahetsever

Hökümə Abbasova – səyahətsevər, səyahət blogeri

Səyahət etmək Hökümə Abbasovanın əsas hobbisidir. 2018-ci ildə açdığı @seyahetsever səhifəsində vətənimizdən və xaricdə səyahət etdiyi yerlərdən postlar yazır, çəkdiyi şəkil və videoları paylaşaraq hər kəsi məlumatlandırır.

Həyatı

Orta statistik bir Azərbaycanlı ailəsində doğulan Hökümənin uşaqlığı qaçqınlıq, ardınca isə müharibə səbəbinə görə çox çətin bir dönəmə düşüb.

Təhsili

Məktəbdə ən çox sevdiyi fənlər coğrafiya, tarix və ingilis dili idi. Müəllim ailəsində doğulduğundan valideynləri mütləq şəkildə təhsil almağını istəyirdi. Və beləliklə, ən böyük uğurunu qazanıb Azərbaycan Dillər Universitetinə, Regionşünaslıq (Britaniya) ixtisasına qəbul olub.

Bakalavr təhsilini Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq, magistr təhsilini isə Britaniyaşünaslıq ixtisası üzrə alıb. AMEA-nın Tarix İnstitutunun doktorantıdır. ADU-nun Regionşünaslıq kafedrasının baş müəllimidir. Həm dövlət orqanlarında, həm də özəl şirkətlərdə beynəlxalq əməkdaşlıq sahəsində çalışıb.

Unversiteti bitirdikdə yaxşı oxuyan bir neçə qrup yoldaşları ilə ona Dillər Universitetində qalıb işləmək təklif olundu. Beynəlxalq şöbədə işləməyə başlayan Hökümə 2008-ci ildə Avropa İttifaqı TEMPUS layihəsi çərçivəsində ilk dəfə ölkə xaricinə çıxıb Belçikaya gedir. Ardından həm iş səfərləri, həm qazandığı bir neçə təhsil proqramları və sonradan da özünün başladığı səyahətlər.

Səyahət

Hökümə Azərbaycanı gəzməyə qrup uşaqları ilə başlayıb. Tələbəlik illərində Quba, Şamaxı, Lahıca gedib və bununla da ilk dəfə səyahətsevər olmağın addımlarını atıb. İlk xarici ölkəyə səfəri isə iş həyatına başlayandan sonra baş tutub.

Məqsədi insanları səyahət etməyə sövq etmək və faydalı məlumatlar paylaşmaqdır. Bu günə qədər 4 qitə, 40 ölkə və 110-dan çox şəhərdə olub. Təbiəti, dağları çox sevdiyi üçün tez-tez haykinq, təbiət yürüşləri edir. Səyahət edə bilməsinin əsas səbəbi isə təhsil olub.

Bu günə qədər etdiyi heç bir xarici səyahətində ailəsinin maddi dəstəyi olmayıb, əksinə mühafizəkar ailədə böyüməyi xaricdə təhsil xəyallarının üstündən xətt çəkmişdi. Amma səyahət eşqi içində heç vaxt sönməmişdi.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar