fbpx
Connect with us

Xəbərlər

İki italiyalı Sibirin ən soyuq hissəsində 1200 km məsafəni velosipedlə qət edir

Yanvarın 13-də, ilin ən soyuq vaxtında Stefano Qreqoretti və Dino Lanzaretti Sibir boyu 2000 kilometrlik ekspedisiyaya başlayıblar.

İtaliyalılar səyahəti iki hissəyə bölüb. İndi onlar Oymyakondan Verxoyanska qədər -60°C-yə qədər aşağı temperaturda 1200 km-lik məsafəni qət edirlər. Bu iki kənd dünyanın ən soyuq iki yaşayış məntəqəsidir. Onlar yayda Yana çayı boyunca Verxoyanskdan Şimal Buzlu Okeana qədər 750 km-lik məsafəni kayakla keçməyi planlaşdırırlar.

Stefano və Dani iqlim dəyişikliyi səbəbindən Sibirdə hal-hazırda yaşanan 105°C temperatur diapazonunu vurğulamaq üçün ekspedisiyanı “Sibir 105°” adlandırıblar. Qışda Verxoyanskda temperatur -67°C-ə düşə bilir, keçən yay isə istilik 38°C-ə yüksəlib.

İtalyan duet yola düşməmişdən 6 gün əvvəl, yanvarın 7-də Sibirə gediblər. Onlar Oymyakondan keçərək Soyuq Qütb kimi tanınan nöqtədə dayanıblar. Oymyakon, Şimal yarımkürəsində indiyə qədər qeydə alınan ən aşağı temperatura görə rekorda sahibdir: -71°C.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar