fbpx
Connect with us

Xəbərlər

İnstaqramda ən çox paylaşılan şəhərlər məlum olub

YUNESKO düz 75 il əvvəl, mədəniyyətlər arasında qlobal qiymətləndirməni gücləndirmək üçün yaradılıb. 1978-ci ildə təşkilat YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan 12 obyektin ilk siyahısını elan etdi və bu, bütün dünyada görməli yerlər üçün qızıl standart hesab olunur. Bu gün 897 mədəni, 218 təbii və 39 qarışıq olmaqla cəmi 1154 obyekt prestijli siyahıda öz yerini tutub.

Bunlardan hansının hazırda ən populyar olduğunu öyrənmək üçün “Design Bundles” şirkəti 2021-ci ildə obyektlərin İnstaqramda-da neçə dəfə etiketləndiyini öyrənib.

Siyahıya təxminən 61,2 milyon paylaşımla Romanın tarixi mərkəzi başçılıq edir, ondan sonra təxminən 45 milyon paylaşımla Rio-de-Janeyro və təxminən 25,8 milyon paylaşımla isə Venesiya və onun laqunu 3-cü sırada gəlir.

Statistikanı müəyyən etmək üçün şirkət ən yaxşı 145 obyekti seçib və bu il onların İnstaqramda neçə dəfə etiketləndiyini təhlil edib. Siyahıda ilk 10-luq aşağıdakı kimidir:

1. Romanın tarixi mərkəzi: 61,244,436
2. Rio-de-Janeyro: 45.039.569
3. Venesiya və onun laqunu: 25,755,922
4. Kiyev: 21,914,502
5. Florensiyanın tarixi mərkəzi: 21,516,815
6. Praqanın tarixi mərkəzi: 17.731.077
7. Budapeşt: 14,665,910
8. Braziliya: 13,277,931
9. Sankt-Peterburqun Tarixi Mərkəzi: 11.987.336
10. Kito şəhəri: 9,854,551

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar