fbpx
Connect with us

İradə Qədirova

Təhsili:  Bakı Dövlət Universiteti
Sosial şəbəkə hesabları:
Instagram: @irada_gadirova
Facebook: Irada Gadirova

İradə Qədirova – tarixçi, səyyah, fotoqraf… Onun məqsədi təkcə səyahət edib foto çəkməkdən ibarət deyil.

2010-cu ildən dünyanı, 2016-cı ildən isə Azərbaycanı səyahət etməyə başlayıb. Hədəfi təkcə gəzmək yox, həm də getdiyi yerlərin tarixini araşdırmaq olub. Bu, onun ixtisası ilə bağlıdır. Çünki o ixtisasca tarixçidir. Məqsədi Azərbaycanın hər bir qarışını gəzib, tarixini, etnoqrafiyasını araşdırıb çəkmək və insanları bu barədə məlumatlandırmaqdır. 5 ildir ki, bu yolda durmadan irəliləyir.

Əsas məqsədlərindən biri çəkdiyi şəkillər ilə Azərbaycanı tanıtmaqdır. İradə Qədirova 16 yaşından səyahətə, dünya xalqlarının etnoqrafiyasına maraq göstərməyə başlayıb. Bu səbəbdən tarix fakültəsi üzrə ixtisaslaşıb. Sonra həyat düşündüyü şəkildə getməyə başladı və səyahətlərə start verdi. Fotoaparatını da aldı və içindəki göstərmək, danışmaq həvəsi üst-üstə düşüncə maraqlı bir harmoniya alındı.

Turizmdə əsas üslubu ölkə daxilində daha çox ekotura diqqət çəkməkdir.

İradə Qədirova 2020-ci il noyabr ayından “Azərbaycan turizm blogerləri assosiasiyası”nın baş katibidir.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar