Xəbərlər
İranlı dağçılar Ağrı dağında ölümdən döndülər
Ağrı dağına çıxan 6-ı qadın olmaqla, 24 iranlı alpinist ölümdən dönüb.
Türkiyə Alpinizm Federasiyası Batman nümayəndəsi Emrullah Girgin və 2 alpinist; Çovğunda ilişib qalan iranlı alpinistləri 4200 metrdən endirməyə nail olublar.
İranın Təbriz şəhərindən olan alpinistlər fevralın 3-də 5137 metr yüksəklikdəki Ağrı dağına qalxmağa başlayıblar. İranlı Əli Mirzənin rəhbərliyi ilə 3100 metr hündürlükdə baza düşərgəsinə çatan alpinistlər bir gün dincəldikdən sonra dırmaşmağa davam ediblər. 4200 metr hündürlüyə çatan alpinistlər burada güclü çovğuna məruz qalıblar.
Əlverişsiz hava şəraiti səbəbindən zirvəyə çata bilməyən və çətin anlar yaşayan alpinistləri bölgədə dırmanışdan qayıdan zaman Türkiyə Alpinizm Federasiyasının Batman təmsilçisi Emrullah Girgin və digər alpinistlər Ahmet Kara və Burak Polat xilas edib.
3 türk alpinist təxminən 5 min metr hündürlükdən enərkən iranlı qrup ilə təsadüfən qarşılaşıb. Onlar, nə irəliləyə nə də geri qayıda bilməyən, çətin vəziyyətdə olan 24 alpinisti uğurla yerə endirməyi bacarıblar.
Mənbə: CNN TÜRK
-
Jurnal3 il əvvəlBazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Jurnal3 il əvvəlZəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəlRəna Kərimova
-
Jurnal3 il əvvəlŞahdağ zirvəsi
-
Səyahətçilər4 il əvvəlOrxan Rzayev
-
Xəbərlər5 il əvvəlDünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəlYeganə Cansail
-
Xəbərlər5 il əvvəlİradə Qədirova Naxçıvan səyahəti haqqında – MÜSAHİBƏ