Xəbərlər
İş adamı faciəvi şəkildə vəfat etdi
İş adamı, siyasətçi və “Zestafoni” futbol klubunun təsisçisi İliya Kokaya bu gün Deda Ena zirvəsinə (3449 metr) qalxarkən faciəvi şəkildə dünyasını dəyişib.
65 yaşlı Kokaya dostu Levan Muşkudiani ilə birlikdə dağa qalxıb.
“Novosti-Georgia” xəbər agentliyi yazır ki, dostu Levan Muşkudianinin dediyinə görə, Kokaya sürüşərək başından ağır xəsarət alıb və nəticədə yerindəcə dünyasını dəyişib.
Kokaya alpinizmi çox sevirdi və təcrübəli alpinist idi. 2021-ci ilin payızında o, Afrikanın ən hündür dağı – Kilimancaro zirvəsinə qalxıb və orada Gürcüstanın bayrağını sancıb.
2004-cü ildə Kokaya tərəfdaşları ilə birlikdə “Zestafoni” futbol klubunu qurdu və komanda qısa zamanda Gürcüstanın ən güclü klublarından birinə çevrildi. 2008-ci ildə “Zestafoni” Gürcüstan kubokunun qalibi olub. 2010-11 və 2011-12 mövsümlərində Gürcüstan çempionu olmaqla yanaşı, Gürcüstan Superkubokunu da qazanıb.
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…