Xəbərlər
İspaniya hava limanlarında yoxlamalar sadələşdiriləcək

İspaniya hava limanları 2024-cü ildən etibarən əl baqajında maye və elektronika ilə bağlı məhdudiyyətləri aradan qaldıracaq.
Milli hava limanının operatoru Aena, Madrid və Barselona da daxil olmaqla İspaniyanın böyük hava limanlarında ən son nəsil baqaj skanerlərini təqdim etməyə hazırdır. Gələn ilin yay mövsümünə kimi orada yeni avadanlıqlar peyda olacaq. Bu cihazlar rəsmi olaraq kompüter tomoqrafiyası (CT) skanerləri kimi də tanınır. Onlar çamadanın və çantanın 3D təsvirini yarada bildikləri üçün bəzən 3D skaner də adlandırılırlar. 3D təsvir silahlar, partlayıcılar və təhlükəli mayelər də daxil olmaqla digər qadağan olunmuş əşyaları avtomatik aşkarlaya bilən mürəkkəb alqoritmdən istifadə edir.
Bu da maraqlıdır: Distant işləmək üçün ən yaxşı ölkələrin adı açıqlanıb
Hazırda Amsterdam da daxil olmaqla bir neçə hava limanı proseslərə kompüter skanerlərini qoşub. İşlədikləri müddətdə onlar özlərini o qədər yaxşı sübut etdilər ki, təhlükəsizlik işçiləri əl yükünün daşınması qaydalarını əhəmiyyətli dərəcədə sadələşdirə və hətta məhdudiyyətləri tamamilə aradan qaldıra bildilər.
Əksər ölkələr hələ də sərnişinlərin əl yükündə özləri ilə götürmələrinə icazə verilən mayelərin miqdarına qoyulan məhdudiyyətləri aradan qaldırmağa risk etmir. Lakin, Böyük Britaniya hökuməti avadanlıqların əsas hava limanlarında tətbiqinə başlanan kimi məhdudiyyətlərin tamamilə ləğv ediləcəyini artıq elan edib.
Parlamentə təqdim edilən yeni qanunvericiliyə əsasən, sərnişinlərə əl yükündə 2 litrə qədər təhlükəsiz maye daşımağa icazə veriləcək. Sərnişinlərin əl yükündə maye daşıması ilə bağlı qaydalar 2006-cı ildə transatlantik uçuşunda maye bomba ilə bağlı bədnam hadisədən sonra tətbiq edilib.
Kompüter skanerləri ABŞ-da da istifadə olunur, lakin Nəqliyyat Təhlükəsizliyi İdarəsi (TSA) ABŞ-da bu qaydanın sadələşdirilməsi üçün illər lazım olacağını deyir.

-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Jurnal2 il əvvəl
Şahdağ zirvəsi
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları