fbpx
Connect with us

Xəbərlər

İsrafil Aşurlının oğlu Moskvada atasının “7 Summits” ordenini alıb

Dünyanın ən hündür zirvəsi hesab olunan Everesti ilk fəth edən azərbaycanlı alpinist israfil Aşurlı “7 Summits” ordeni ilə mükafatlandırılıb. Ordenin təqdim edilmə mərasimi Rusiyanın paytaxtı Moskva şəhərində baş tutub. Alpinist özü tədbirə qoşula bilmədiyi üçün orden onun böyük oğlu Aslan Aşurlıya təqdim edilib.

“Atam alpinizmdə belə bir nailliyətə imza atdığı üçün onunla qürur duyuram. Ad və mükafat üçün minnətdarlığmı bildirirəm. Həmçinin klubun prezidenti Alex Abramova bu klubu yaratdığına görə təşəkkür edirəm və uğurlar arzulayıram” – deyə alpinistin oğlu səhnədə çıxışı zamanı qeyd edib.

Qeyd edək ki, “Yeddi Zirvə” (7 Summits) hər qitənin ən yüksək zirvələrindən ibarət olan dağ qrupudur.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar