fbpx
Connect with us

Xəbərlər

İstanbul hava limanı dünyada ikinci yerdədir

İstanbul hava limanı uçuş istiqamətlərinin sayına görə dünyada ikinci yerdədir.

Burdan Bura xəbər verir ki, Lufthansa-nın Almaniyadakı əsas mərkəzi olan Frankfurt Hava Limanı 330 istiqamətlə siyahıya başçılıq edir. 309 istiqamətə malik İstanbul Hava Limanı əlçatanlıq və əlaqə baxımından yalnız Frankfurt Hava Limanından sonra ikinci yerdə qərarlaşıb. 3-cü yerdə olan Paris Şarl de Qoll hava limanı isə 308 fərqli istiqamətə xidmət göstərir.

Siyahının başlarında, həmçinin Londonun (Böyük Britaniya) Hitrou hava limanı qərarlaşıb – o, dünyada dördüncü yerdədir. Daha sonra ABŞ-də Çikaqo O’Hare və Dallas Fort Uort, BƏƏ-də Dubay Beynəlxalq Hava Limanı, Romada Fiumicino Beynəlxalq Hava Limanı və ABŞ-də yerləşən Denver Hava Limanı gəlir.

2018-ci ilin oktyabr ayının sonunda rəsmi olaraq açıldıqdan və 2019-cu ilin aprelində planlaşdırılan gücünə çatdıqdan sonra Qara dəniz sahilindəki İstanbul Hava Limanı qlobal aviasiya üçün ən mühüm tranzit mərkəzlərindən birinə çevrildi. Bu mühüm regional nəqliyyat qovşağı Avropa və Asiyanın sərhəddində yerləşir.

İstanbul Hava Limanının hazırkı inkişaf mərhələsi ona ildə 90 milyon insana xidmət göstərməyə imkan verir, lakin tikintinin bütün mərhələləri başa çatdıqdan sonra bu rəqəm 200 milyona yüksələcək. Altı uçuş-enmə zolağının istismara verilməsi də daxil olmaqla sonuncu, dördüncü mərhələnin tamamlanması 2028-ci ilə planlaşdırılır.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar