Xəbərlər
İtaliyalı qışda 4000 km velosiped sürərək 8 arktika ölkəsini keçəcək
Fevralın 2-də italyan velosipedçi Omar Di Felice uzun, soyuq yürüşə başlamaq üçün velosipedinə minib.
Ümumilikdə, Di Felice-in qərb istiqamətindəki marşrutu Kamçatkadan Alyaskaya qədər 4000 km arktik ərazini əhatə edəcək. Onun Arktika dünya turuna Skandinaviya, İslandiya və Qrenlandiya da daxildir. O, insanları velosipedlə səyahət etməyə ruhlandırmağa və qalıq yanacaq emissiyalarının Arktika mənzərələrinə olan təsirinə diqqət çəkəcəyinə ümid edir.
Di Felice marşrutu və səfər təfərrüatları
Di Felice Arktika dünya turunu üç həftəyə başa vuracağına ümid edir. Hazırda GPS izləmə göstərir ki, o, Petropavlovsk-Kamçatsk və Ust’-Kamçatsk arasında qət etməyi planlaşdırdığı 800 km-in əhəmiyyətli hissəsini artıq qət edib. Daha sonra o, Norveç sərhədinə yaxın Rusiyanın Murmansk şəhərinə gedəcək. Finlandiya, İsveç və Norveçin Tromso şəhərindən keçməklə o daha 1500 km məsafə qət edəcək. Di Felice daha sonra Svalbard (Şpitsbergen) arxipelaqından, İslandiyaya keçəcək. Burada və Qrenlandiyada qısa məsafələri tamamlayacaq.
Nəhayət, o, Alyaskadakı Yukon-Kuskokwim Deltasında başa çatacaq uzun final mərhələsi üçün (velosipeddən əlavə başqa bir vasitə ilə) Kanadanın Whitehorse şəhərinə gedəcək. Di Felice qarda sürmək üçün xüsusi təchiz olunmuş tur velosipedinə sahibdir.
Di Felice artıq soyuq havada velosiped sürmək təcrübəsinə malikddir. Bu qış o, artıq 1294 km-lik dairəvi xətt üzrə İslandiyanı dövrə vurub. Onun səfəri 19 gün çəkib.
Müəllif: Sam Anderson
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…