fbpx
Connect with us

Xəbərlər

Kanada Sinovac peyvəndi olunanları ölkəyə buraxacaq

Noyabrın 30-dan Kanada Sinopharm, Sinovac və Covaxin peyvəndi olunanların ölkəyə girişinə icazə verəcək. Bu barədə Kanada hökuməti məlumat yayıb.

Kanada hazırda yalnız Pfizer, Moderna, AstraZeneca və Johnson & Johnson peyvəndi edilmiş səyahətçiləri ölkəyə qəbul edir.

Noyabrın 30-dan etibarən Kanadanı quru və ya hava yolu ilə 72 saatdan az müddətə tərk edən şəxslərin ölkəyə yenidən daxil olmaq üçün daha mənfi koronavirus testinin sübutunu təqdim etmələrinə ehtiyac qalmayacaq.

Yanvarın 15-dən etibarən, hazırda giriş tələblərindən azad edilmiş bəzi səyahətçi qruplarına yalnız tam peyvənd olunduqları halda Kanadaya daxil olmağa icazə veriləcək.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar