fbpx
Connect with us

Xəbərlər

Kanadalı musiqiçi kayakla səyahətə çıxır

Kanadalı musiqiçi Torin Luks kayakla Oreqondan Floridaya səyahətə çıxır.

O Yukonlu müğənni/bəstəkar, sosial işçi, magistr tələbəsi, podkaster və macəra idmançısıdır. 2016-cı ildən bəri üç studiya albomu çıxarıb. Bu müddət ərzində velosiped və avarçəkmə ilə bir neçə uzun məsafəli səyahət edib.

30 yaşının əvvəlində olan Luks onu Sakit okean sahillərindən Florida körfəzi sahilinə aparacaq ekspedisiyaya başlayır.

Bəlkə də təəccüblü olmayacaq, o, növbəti albomunu bu yolda olarkən yazmağı planlaşdırır.

“Mən avar çəkərək və təbiəti təqdir edərək böyümüşəm. Düşünürəm ki, musiqi, icma, macəra və nəyə qadir olduğumu öyrənmək üçün özümü sınamaq mənim üçün güclü təcrübədir. Həmişə yeni yerləri kəşf etmək, öyrənmək üçün həvəsim olub” – “Wahkiakum County Eagle”a müsahibəsində Luks bildirib.

Musiqiçi bu dəfə Kolumbiya çayı ilə Vaşinqton ştatının cənubundakı Snake çayının qovuşduğu yerə qədər üzməyi planlaşdırır. Daha sonra oradan Aydaho ilə sərhədə qədər təxminən 160 km qət edəcək.

O, Aydahodan keçərək Montanaya daha 220 km velosiped sürməyi planlaşdırır. Daha sonra bir dostu Luksu qayıqla Big Hole çayının başlanğıcına gətirəcək, burada o, Jefferson və Missuri çayları kimi bir çox digər əsas su yolları vasitəsilə qüdrətli Missisipiyə yollanacaq.

Yeni Orleana gələrək, Meksika körfəzi boyunca Florida ştatının Pensakola şəhərinə doğru yoluna davam edəcək. Marşrut təxminən 8000 km məsafəni əhatə edir.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar