Xəbərlər
Kruiz gəmisində 60 nəfərin iştirakı ilə dava olub

Hələ də kruizlərin darıxdırıcı olduğunu düşünürsən?
Nyu-Yorka gedən “Carnival Magic” kruiz gəmisinin rəqs klubunda kütləvi dava olub. Münaqişə yerli vaxtla saat 5:20-də, son gecə şənliyi zamanı baş verib. Davanı 2 sərnişin başlasa da, sonradan 60-a qədər adam iştirak edib.
Daily Mail-in məlumatına görə, ciddi xəsarət alan yoxdur. Lakin, döyüş iştirakçıları yaralanıb, bəzilərində kəsiklər də var.
Döyüşçüləri ayırmaq və asayişi bərpa etmək üçün gəmidə olan bütün mühafizəçilərin səyi lazım gəlib. Hadisədən sonra heç kimin həbs olunmadığı bildirilir.

-
Jurnal3 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər4 il əvvəl
Rəna Kərimova
-
Jurnal3 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəl
Orxan Rzayev
-
Səyahətçilər4 il əvvəl
Yeganə Cansail
-
Xəbərlər5 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal3 il əvvəl
Şahdağ zirvəsi
-
İdman3 il əvvəl
Futbol 90 dəqiqə deyil…