Xəbərlər
Milli Məclisdə “Turizm haqqında” yeni qanun layihəsi müzakirə olunub

Dekabrın 10-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə iclası keçirilib.
İclası açan Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, gündəliyə birinci oxunuşda olan “Turizm haqqında” və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri olmaqla iki məsələ çıxarılıb.
Komitə sədri turizmlə bağlı qanunun 1999-cu ildə qəbulundan keçən dövr ərzində turizm sahəsindəki inkişafın, dəyişikliklərin və yeni çağırışların mövcud qanunvericiliyin təkmilləşdirilməsi zərurətini doğurduğunu vurğulayıb. Bu kontekstdə komitələrin birgə iclasına çıxarılan “Turizm haqqında” yeni qanun layihəsi də müasir dövrün çağırışlarına uyğun Azərbaycanın turizm əlaqələrinin genişləndirilməsi, qeyri-neft sektorunun 4 əsas istiqamətindən biri olaraq turizm sənayesinin inkişafının təmin edilməsi, bu sahədə yaranan yeni münasibətlərin daha təkmil hüquqi bazada tənzimlənməsi məqsədilə hazırlanıb. Turizmin spesifik xüsusiyyətlərini qeyd edən Musa Quliyev sahə ilə bağlı statistik göstəriciləri iclas iştirakçılarının diqqətinə çatdırıb.



-
Jurnal3 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər4 il əvvəl
Rəna Kərimova
-
Jurnal3 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəl
Orxan Rzayev
-
Səyahətçilər4 il əvvəl
Yeganə Cansail
-
Xəbərlər5 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal3 il əvvəl
Şahdağ zirvəsi
-
İdman3 il əvvəl
Futbol 90 dəqiqə deyil…