Xəbərlər
Milli parklarda açıq qapı günləri keçiriləcək

11 yanvar – Dünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar Azərbaycanın milli parklarında sabah “açıq qapı” günü olacaq.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, 11 yanvar – Dünya Qoruqlar və Milli Parklar Günü Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən hər il qeyd olunur.
“Ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu fəaliyyət göstərir. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir”.
Xidmət rəsmisinin sözlərinə görə, “açıq qapı” günü ziyarətçilər Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklara gəlməklə burada füsunkar təbiət ərazilərindən zövq ala və səmərəli gün keçirə bilərlər.

-
Jurnal3 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər4 il əvvəl
Rəna Kərimova
-
Jurnal3 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəl
Orxan Rzayev
-
Səyahətçilər4 il əvvəl
Yeganə Cansail
-
Xəbərlər5 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal3 il əvvəl
Şahdağ zirvəsi
-
İdman3 il əvvəl
Futbol 90 dəqiqə deyil…