fbpx
Connect with us

Xəbərlər

Misirdə “Sfinkslər xiyabanı”nın açılışı olub

Misirin Luksor şəhərində qədim “Sfİnkslər xiyabanı”nın bərpası başa çatdıqdan sonra açılış mərasimində ölkə prezidenti Əbdülfəttah əs-Sisi iştirak edib. Bu barədə Misirin “Ahram” qəzeti məlumat yayıb.

Turizm naziri El Enani bildirib ki, Luksor dünyanın ən böyük açıq səma altında muzeyinə çevrilib, çünki bərpa edilmiş Sfinks Xiyabanı qədim zamanlardan bəri ilk dəfə Luksor və Karnak məbədlərini birləşdirib.

Qazıntılar zamanı qoç başlı 250, insan başlı 807 sfinks tapıldığını deyən o, qədim zamanlarda xiyabanda bundan üç dəfə çox heykəl olduğunu qeyd edib. Nazir əlavə edib ki, arxeoloqların Sfinkslər xiyabanında işi hələ başa çatmayıb, alimlərin bir neçə il qədim heykəllər axtarması planlaşdırılır.

“Sfinkslər xiyabanı” bərpadan sonra 2,7 km uzunluğundadır və orada 1057 heykəl var. Xiyaban 13-cü sülalədən olan Firon I Nectaneb-in dövründə salınıb.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar