
Naibə Novruzova
Doğum tarixi: 15 yanvar, 1997
Təhsili: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Instagram: @naiba_novruzova
Facebook: Naiba Novruzova
Uşaqlıqdan xaricə səyahət edənlərə əlçatmaz, qeyri-adi insan kimi baxan 1997-ci il təvəllüdlü Naibə Novruzova 20 yaşında “Gəzəyənlər” qrupuna qoşulduqdan sonra səyahətin o qədər də əlçatmaz olmadığını anladı. İlk xarici turu elə “Gəzəyənlərlə” Gürcüstana oldu və ondan sonra qarşısına məqsəd qoydu.
Səyahət
Hər kəsdən xəbərsiz, tələbə ikən gizli işləyib, 22 yaşına qədər çox az miqdarda büdcə toplayıb, təkbaşına Avropa səyahətinə çıxdı. Evdən maddi dəstək almadan, paltarlarından əlavə bütün cəsarətini yığdı çamadanına və 5 ölkə 21 şəhərlə tanış oldu.
Naibə ən çox aeroportlarda, qatar stansiyalarında qoyulmuş fortepianolarda qatar və ya təyyarə gözləyərkən Azərbaycan xalq mahnısı “Sarı gəlin” ifa etməkdən zövq aldığını deyir. Tək səyahət çox çətin olsa da, hal-hazırda əsas məqsədi gəzdiyi ölkə və şəhərlərin siyahısını artırmaqdır.
-
Jurnal3 il əvvəlBazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Jurnal3 il əvvəlZəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəlRəna Kərimova
-
Jurnal3 il əvvəlŞahdağ zirvəsi
-
Səyahətçilər4 il əvvəlOrxan Rzayev
-
Xəbərlər5 il əvvəlDünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəlYeganə Cansail
-
Xəbərlər5 il əvvəlİradə Qədirova Naxçıvan səyahəti haqqında – MÜSAHİBƏ