
Nərmin Abbaslı
Doğum tarixi: 29 iyun, 1998
Təhsili: Azərbaycan Dövlət Pedaqoji Universiteti
Sosial şəbəkə hesabları:
Instagram: @narminsway
Facebook: Narmin Abbaslı
Gülən və güldürən, əyləncə dolu səyahətçilərdən biri, səyahət üçün 1 azn kampaniyası ilə Tailandı ələk-vələk edib dönən Nərmin Abbaslı.
Nərmin 2019-cu il oktyabr ayında Tailanda getmək üçün #narminsway həşteqi ilə 1 manat kampaniyası başlatdı. Kim istəsə Nərminin səyahət büdcəsinə 1 manat əlavə edəcəkdi. Konkret məbləğ yox idi. Nə yığılsa yığılacaqdı. Onu tanıyan, tanımayanlar postunu paylaşdı və dop-dolu müsbət rəylər aldı.
Onun etmək istədiyi sadəcə səyahət edib, gəzib, qayıtmaq deyildi. Bununla, təkbaşına harasa getməyə qorxan, ailəsindən “qız nədir gəzmək nədir?!” sözlərini eşidən qızlara. Pulum yoxdur, maaşım azdır, vaxtım yoxdur deyən insanlara nəsə qatmaq istəyirdi.
Azərbaycan reallığında böyümüş tələbə bir qızın Tailandda təkbaşına gəzməyinin əslində qorxulacaq bir şey olmadığını, azərbaycanlı qızların da istədikləri ölkəyə solo səyahət edə biləcəyini göstərmək istəyirdi.
Nəhayət Nərmin 2020-ci il fevral ayında artıq məqsədinə çatmışdı. O İnstaqram profilindən Tailanddan Azərbaycana salam göndərirdi. Sən də Nərmin kimi səyahətə çıx, hər yeri “Burdan Bura” et.
-
Jurnal3 il əvvəlBazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Jurnal3 il əvvəlZəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəlRəna Kərimova
-
Jurnal3 il əvvəlŞahdağ zirvəsi
-
Səyahətçilər4 il əvvəlOrxan Rzayev
-
Xəbərlər5 il əvvəlDünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəlYeganə Cansail
-
Xəbərlər5 il əvvəlİradə Qədirova Naxçıvan səyahəti haqqında – MÜSAHİBƏ