fbpx
Connect with us

Nima Şahməhəmmədi

Doğum tarixi: 14 oktyabr, 1988
Sosial şəbəkə hesabları:
Instagram: @nimashahmohammadi
Facebook: Nima SHah Mohammadi

Həyatı

Nima Həsən oğlu Şahməhəmmədi 14 oktyabr 1988-ci ildə Ərdəbil şəhərində alpinist ailəsində anadan olub. Atası Ərdəbil, anası Bakı şəhərindəndir. 2006 – 2010-cu illərdə Ərdəbil və Təbriz şəhərlərində idman və turizm üzrə ali təhsil alıb. 2009-cu ildən bir illik kursdan sonra peşəkar dağ bələdçisi kimi fəaliyyət göstərir.

2013-cü ildə Azərbaycan vətəndaşı Ülkər İlqarqızı ilə ailə həyatı qurub. Günəş adında bir qız övladı var. 2018-ci ildən Bakı şəhərində yaşayır və öz ixtisası üzrə çalışır.

Fəaliyyəti

İlk yüksəklik təcrübəsinə 5 yaşında atasının komanda şəklində təşkil etdiyi yürüşlə başlayıb – Ayqar dağı (3720m). Savalan zirvəsinə (4811m) ilk dəfə 7 yaşında qalxıb. Ondan sonra mütəmadi olaraq hər il Savalan zirvəsinə müxtəlif fəsillərdə müxtəlif marşrutlarla çıxıb və turlar təşkil edib.

İran İslam Respublikasındakı bütün yüksəkliklərə fərqli fəsillərdə müxtəlif marşrutlarla çıxıb.

Savalan dağının buzlağına qış və payız fəsillərdə və may ayında dəfələrlə dırmanış edib.
Herəmdağ üç zirvəli dağ olub (4300 m, 4520m, 4610m) çox mürəkkəb relyefə malikdir. Həm yay, həm də qış fəslində hər üç zirvəyə bir yürüşlə çıxılıb.
2007-ci ildə Kəsra zirvəsinə (4540 m) qış fəslində təşkil olunmuş ekspedisiyada – yeni marşrutun açılmasında – iştirak edib və komandanın ən cavan üzvü olub.
Ağrıdağ (5137 m, Türkiyə Cümhuriyyəti) zirvəsinə yay və qış fəsillərində 10 dəfə çıxıb.
Kazbek (5054 m, Gürcüstan Respublikası) zirvəsinə 2 dəfə qış, 3 dəfə yay fəsillərində çıxıb.
Elbrus (5642 m Rusiya Federasiyası) dağına iki dəfə yayda çıxıb.
Ölkəmizdəki Tufandağ, Şahdağ, Çingiz, Yarudağ, Bazaryurd, Niyaldağ, Dübrar zirvələrində olub. Sonuncu dəfə bu ilin fevral ayında ZƏFƏR zirvəsinə təşkil olunmuş ekspedisiyada iştirak edib.
2016-cı ildə 3-cü dərəcəli dağ xizəksürmə kurslarını bitirib.
3-cü dərəcəli alpinist təlimatçı (dağda yürüş, qaya və buza dırmanma, hava proqnozunun təyin edilməsi, dağlarda ilk tibbi yardım, dağlarda xilasetmə, xəritə və gps dən istifadə, qar uçqunu.
3-cü dərəcəli ice climbing təlimatçı. Alpinist, səyahətsevər və turizmçi dostumuz çıxdığı yüksəkliklərdə həvəskar şəkildə maraqlı foto və video çəkilişlər etməyi də sevir.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar